Gəncədə yığmamızın Avropa çempionatına hazırlığı başlandı
Gəncədə basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlanıb.
"Mediasport" xəbər verir ki, Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsinə hazırlıq məqsədi daşıyan toplanış iyunun 14-dək davam edəcək.
Baş məşqçi Tahir Baxşıyev hazırlıq prosesinə Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkozu çağırıb.
Komandamızın rəqibləri Lüksemburq və İrlandiya yığmaları olacaqlar.
Təlimə U-18 və U-20 millilərimiz də cəlb olunublar.


