Dünya Qadın Seriyası: 3x3 yığmamız Kanadaya məğlub oldu

 Dünya Qadın Seriyası: 3x3 yığmamız Kanadaya məğlub oldu

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının final mərhələsinin oyunları davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi ilk görüşdə Kanadaya 13:21 hesabı ilə uduzub.

B qrupu çərçivəsində keçiriləcək digər oyunlarda yığmamız saat 13:25-də Niderlandın U-25 millisi ilə qarşılaşacaq.

Daha sonra millimiz saat 16:55-də Rumıniyanın "Rapid" klubu ilə üz-üzə gələcək.

Yarışda qrup qalibləri yarımfinala yüksələcək, 2-3-cü yerlərin sahibləri 1/4 finalda çıxış edəcəklər. Final mərhələsi sabah başa çatacaq.