Azərbaycan çempionatında pley-offun cütləri müəyyənləşdi

Azərbaycan çempionatında pley-offun cütləri müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə yekun vurulub və pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, ümumilikdə 8 komanda çempionluq yolunda mübarizəni davam etdirəcək.

Daha əvvəl pley-offa yüksəlmiş "Sabah", "Şəki", "Neftçi" və "Naxçıvan"a "Abşeron", "Sərhədçi", "Gəncə" və "Ordu" da qoşulub.

Pley-offda “Neftçi” - “Ordu”, "Sabah" - “Sərhədçi”, “Abşeron” - "Naxçıvan" və "Şəki" - "Gəncə" duelləri baş tutacaq.