"Araz-Naxçıvan"da kütləvi vida oldu: 10 futbolçu ilə yollar ayrıldı
Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən "Araz-Naxçıvan" daha 10 futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, Muxtar Respublika təmsilçisi Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə başa çatan müqavilələrin müddətini uzatmayıb.
Xatırladaq ki, daha əvvəl Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli ilə yeni sözləşmə imzalanıb, Vanderson Melo yola salınıb.


