"Təəssüflər olsun ki, əvəzetmələr uğurlu alınmadı" - Kurban Berdıyev
"Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı".
"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunun "Şamaxı" ilə səfər oyunu haqda danışıb, 0:0 hesablı bərabərliyi şərh edib:
"Şamaxı"nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq.
Yeni transferimiz Mark Mampassi uzun müddət məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək".
