Renat Dadaşov gələndən Polşa klubu məğlub olmur - VİDEO

 Renat Dadaşov gələndən Polşa klubu məğlub olmur - VİDEO

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Polşa Yüksək Liqasında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, hücumçunun formasını geyindiyi "Radomyak" 25-ci tur çərçivəsində "Leçiya"nı qəbul edib.

Dadaşov Radom təmsilçisinin əzmkar qələbə qazandığı görüşə start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib - 2:1.

Renatla komanda yoldaşı olan millimizin digər üzvü Rahil Məmmədovun adı yenə iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Radomyak" Renatın gəlişindən bu yana - 4 oyuna 10 xal toplayıb.

Forvard iki qolla son iki qarşılaşmada komandasına xallar qazandırıb.

Radom təmsilçisi 31 xalla 12-cü pilləyə yüksəlib.