Azərbaycanda ilk dəfə keçirilən turnirin qalibləri müəyyənləşdi
Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ilk gününün qalibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, FİS təqviminə əsasən təşkil olunan turnirin ilk günündə idmançılar dağ xizəyinin Slalom növündə mübarizə aparıblar.
Gürcüstanlı Nino Tklauri 1-ci, isveçli atlet Nikita Anner 2-ci, özbəkistanlı xizəkçi Kseniya Brejnaya isə 3-cü yeri tutub.
Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir.
Yarışda ölkəmiz Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma ilə təmsil olunub.
Yanvarın 10-a qədər davam edəcək yarışın növbəti günlərində idmançılar slalom və qiqant slalom növlərində mübarizə aparacaqlar.
