Nazir idman federasiyalarının nümayəndələri ilə görüş keçirdi
Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 26-cı görüşünü keçirib.
"Mediasport" bildirir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir iştirakçıları salamlayaraq son dövrdə həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüşdə süni intellekt (AI) – “AzerFit” və “Çempionların axtarışındayıq – sən də qoşul!” layihələri, idman travmatologiyası və idmançı sağlamlığı məsələləri, həmçinin idmançıların qaçış testləri, “Təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması” (Safeguarding) üzrə qaydaların hazırlanmasına dair tələblər və Qazaxın “İdman Paytaxtı 2026” layihəsi ilə bağlı məlumat təqdim edilib.
Eyni zamanda, federasiyaların kommunikasiya əməkdaşları üçün media və PR bacarıqlarının inkişafına dair keçiriləcək təlim proqramı, federasiyaların sosial media hesabatları müzakirə olunub, iştirakçıları maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


