Azərbaycan çempionatı başlandı
qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına start verilib.
"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək yarışın ilk günündə 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Qadınlar arasında 63, 70, 78, +78, kişilərdə isə 60, 66 və 73 kiloqram çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Final bloku saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionatında dekabrın 5–6-da fərdi mübarizə, 7-də isə komandalararası yarış olacaq.
Cüdoçular ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar.
