Millimizin Avropa çempionatı üçün yekun heyəti açıqlandı
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək Avropa çempionatında mübarizə aparacaq Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, qitə birinciliyində ölkəmiz 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) ilə təmsil olunacaq.
İlkin heyətdə yer alan Ruslan Paşayev (-66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.
Avropa çempionatında idmançılarımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.
Yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.
Kişilər
-60 kq
Balabəy Ağayev
Əhməd Yusifov
-66 kq
Turan Bayramov
-73 kq
Hidayət Heydərov
-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
-90 kq
Murad Fətiyev
-100 kq
Zelim Kotsoyev
+100 kq
Kənan Nəsibov
Qadınlar
-48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
-52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
