Azərbaycan cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) qarşıdan gələn dünya çempionatında iştirak edə bilməyəcək.

Bu haqda "Mediasport"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Buna səbəb idmançının Monteneqronun paytaxtı Podqoritsada keçirilən böyüklər arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə almasıdır.

Qeyd edək ki, Murad Fətiyev həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib çıxıb.