Millimiz Avropa çempionatının ilk günündə 2 bürünc medal qazandı

Millimiz Avropa çempionatının ilk günündə 2 bürünc medal qazandı

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi ilk gündə iki bürünc medal qazanıb.

Yarışa qoşulan 7 idmançımız arasında Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) fəxri kürsüdə yer alıb.

Yusifov medal görüşündə komanda yoldaşı Balabəy Ağayevi, Bayramov isə rusiyalı Abdullah Parçiyevi məğlub edib.

Şəfəq Həmidova (48 kq), Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) ümidləri doğrultmayıblar.

Azərbaycan aprelin 19-dək davam edəcək qitə birinciliyinə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə yollanıb.