Azərbaycanlı dünya çempionundan Türkmənistanda "ustad dərsi"

 Azərbaycanlı dünya çempionundan Türkmənistanda "ustad dərsi"

Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda "ustad dərsi" keçib.

Bu barədə "Mediasport"a AŞF-dən məlumat verilib.

"Ustad dərsi"ndə İ.Qədimova uşaqlara çempionluq təcrübəsindən danışıb, debüt hazırlığı və turnir psixologiyası mövzularında biliklərini bölüşüb.

O, belə layihələrin gələcək çempionların yetişməsində əhəmiyyətli rol oynadığını bildirib.