"Qarabağ" fransalı müdafiəçi ilə 2,5 illik müqavilə bağladı

"Qarabağ" fransalı müdafiəçi ilə 2,5 illik müqavilə bağladı

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqları uğurla yekunlaşdıraraq fransalı Jeremi Qnalinin transferi ilə bağlı razılıq əldə edib.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın "Mets" klubunun yetirməsi olan arxa xətt oyunçusu "Qarabağ"da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində "Mets B", İspaniyanın "Tarazona" və "Melilya" komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.