“Qarabağ”ın “Nyukasl"la oyununun biletləri 10 AZN-dən satışa çıxarılır
Fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Nyukasl Yunayted” oyununun biletləri bu gün satışa çıxarılacaq.
"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri saat 12:00-dan "iTicket" saytı vasitəsilə onlayn əldə edə bilərlər.
Standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:45-də start götürəcək.
