Azərbaycanlı futbolçu İspaniya klubu ilə müqavilə bağladı

 Azərbaycanlı futbolçu İspaniya klubu ilə müqavilə bağladı

Qazaxıstanda anadan olan azərbaycanlı futbolçu Raul Allahverdiyev karyerasını İspaniyada davam etdirəcək.

"Mediasport" xəbər verir ki, bu ölkənin "Jenis" komandasının yetirməsi “Rayo Valyekano” ilə müqavilə imzalayıb.

Qazaxıstanın U-19 millissinin üzvü olan hücumçu Madrid təmsilçisinin C komandasında oynayacaq.

Forvard Qazaxıstan yığmasında 2022-ci ildə debüt edib.