"Beşiktaş"ın sabiq hücumçusu 40 yaşında dünyasını dəyişdi

"Beşiktaş"ın sabiq hücumçusu 40 yaşında dünyasını dəyişdi

Nigeriya milli komandası və "Beşiktaş"ın sabiq hücumçusu Maykl Eneramo vəfat edib.

"Mediasport" xəbər verir ki, keçmiş forvard 40 yaşında dünyasını dəyişib.

Veteran futbolçu vətənində yoldaşlıq oyunu zamanı huşunu itirib. Həkimlər onu xilas edə bilməyiblər.

Qeyd edək ki, Eneramo karyerası ərzində Türkiyədə “Başakşəhər”, “Sivasspor” və “Kardemir Karabükspor” klublarında da forma geyinib.