Azərbaycan yığma komandasının 3 üzvü DÇ-də medal qazandı

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.
Onlardan üçü uğursuzluqla yadda qalıb - 57 kq-da İslam Bazarqanov 1/8 finalda, 74 kq-da Turan Bayramov 1/16 finalda, 79 kq-da Cəbrayıl Hacıyev 1/4 finalda uduzub.
Yalnız 92 kq-da yarışan Osman Nurməhəmmədov finala qədər irəliləyib. O, sabah bürünc medal uğrunda güləşəcək.
Dünən yarışa başlamış "sərbəst"lərimizdən Nurəddin Novruzovla (61 kq) Arseniy Cioyev (86 kq) təsəlliverici görüşlərini uğurla keçərək DÇ-nin bürünc medalını qazanıblar.
Finalçımız Giorgi Meşvildişvili (125 kq) isə iranlı pəhləvanla dueldə 0:5 hesabı ilə məğlub olaraq gümüş mükafat əldə edib.
Mundiala sentyabrın 21-i yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycan komandası DÇ-yə ümumilikdə 23 idmançı ilə yollanıb.