Bölgəyə köçən klubun rəhbərliyi İcra başçısından yardım istədi
“Səbail” futbol klubunun İdarə Heyətinin üzvləri və Futbolun İnkişaf Fondunun icraçı direktoru Quba rayonuna səfər edib.
"Mediasport" xəbər verir ki, qonaqlar Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüblər.
Görüşdə Fondun icraçı direktoru Tural Piriyev “Səbail” PFK-nın İH-nin üzvləri Amin Məmmədov, Mirzə Bayrampur və Ağa Orucovu təqdim edib.
Daha sonra klub haqqında ümumi məlumatla Quba rayonunu təmsil etmək planları barədə planlardan danışılıb.
İH üzvləri klubun gələcək planları barədə başçıya məlumat verib, kluba göstərilə biləcək mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İcra Hakimiyyətinin başçısı edilən təklifləri müsbət qarşılayıb və öz tərəflərindən lazımi dəstəyin göstəriləcəyini bildirib.


