"İndiyə qədər qarşılaşacağımız ən güclü rəqiblərdən biri "Qarabağ"dır"

"İndiyə qədər qarşılaşacağımız ən güclü rəqiblərdən biri "Qarabağ"dır"

"Qarabağ" güclü komandadır. Çox həyəcanlıyam. Sabah güclü komandaya qarşı oynayacağıq. Futbolçularımız üçün çətin olacaq. Amma əlimizdən gələni edəcəyik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Vestri"nin baş məşqçisi Daniel Osafo-Badu deyib.

Mütəxəssis UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında danışıb:

"Qarabağ"da oyunçular dəyişib. Amma baş məşqçi eynidir. Yoxlama matçlarını izləmişəm. "Qarabağ" UEFA Çempionlar Liqasındakı kimi eyni taktikaya üstünlük verir.

Futbolçular "Qarabağ"la oyuna hazırdılar. Bu rəqib düşəndə sevinmişdilər. Onlar həyəcanlanmışdılar. İndiyə qədər qarşılaşacağımız ən güclü komandalardan biri də məhz "Qarabağ"dır. 

"Oyun planımızı açıqlamaq istəmirəm. Rəqibimiz topla oynamağa üstünlük verəcək. Biz əks-hücumda onları yaxalaya bilərik".

Xatırladaq ki, "Qarabağ" - "Vestri" dueli sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.