Azərbaycan cüdoçuları Qran-pridə ilk gün 4 medal qazandı

 Azərbaycan cüdoçuları Qran-pridə ilk gün 4 medal qazandı

Perunun paytaxtı Limada cüdo üzrə Qran-pri turniri start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçiləri ilk gündə 4 medal qazanıblar.

60 kq çəkdi dərəcəsində yarışan Əhməd Yusifov yalnız finalda uduzaraq gümüş mükafat əldə edib.

Könül Əliyeva (48 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) isə 3-cü yeri tutublar.

Qran-priyə sabah yekun vurulacaq.

Komandamız Peruya 9 çəki dərəcəsində 17 cüdoçu (14 kişi, 3 qadın) ilə yollanıb:

Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Uşanqi Kokauri, Kənan Nəsibov (hər ikisi +100 kq), Könül Əliyev (48 kq), Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kq).