"Unutmayın: mən burdayam və qələbə yenə gələcək" - HİDAYƏT

"Unutmayın: mən burdayam və qələbə yenə gələcək" - HİDAYƏT

"Tatamiyə 11 aydan sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır".

"Mediasport" xəbər verir ki, bu fikirlər cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərova məxsusdur.

Dünya və Avropa çempionu sosial şəbəkə hesabında Macarıstanda keçirilən DÇ-dəki uğursuz çıxışı ilə əlaqədar paylaşım edib.

O qeyd edib ki, məğlubiyyət uğura gedən yolun bir hissəsidir: "Məqsədim aydındır: yenə zirvəyə qalxmaq. Uduzmaq da bu yolun bir hissəsidir. Amma unutmayın: mən burdayam və qələbə yenə gələcək. Sözlə yox, əməllə danışacağam”.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində yarışan cüdoçu Budapeştdəki mundialın startında Portuqaliya təmsilçisi Otari Kvantidzeyə məğlub olaraq yarışı uğursuz başa vurub.