Avropa çempionatı: Bu gün daha 2 cüdoçumuz mübarizəyə start verir

  Avropa çempionatı: Bu gün daha 2 cüdoçumuz mübarizəyə start verir

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

"Mediasport" xəbər verir ki, Əbil Yusubov (73 kq) 1/16 finalda Georqios Kotsaxristosla (Yunanıstan) güləşəcək.

Süleyman Şükürovun (81 kq) 1/16 final rəqibi Duşan Qraxovac (Sloveniya) olacaq.

Xatırladaq ki, dünən Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.