Dünya çempionatında millimizin növbəti medalını Hacıyev qazandı

Dünya çempionatında millimizin növbəti medalını Hacıyev qazandı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın daha bir təmsilçisi medal qazanıb.

90 kq-da yarışan Elcan Hacıyev bürünc medal əldə edib. O, üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib.

Bu, millimizin DÇ-də qazandığı ikinci medal olub. Onadək Zelim Tçkayev (81 kq) də 3-cü yeri tutub.

90 kq-da Vüqar Talıbov isə medalsız qalıb.

Qeyd edək ki, Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.

Daha əvvəl yarışan 8 idmançımız - Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, 52 kq, Fidan Əlizadə, 57 kq, Əhməd Yusifov, 60 kq, Ruslan Paşayev, 66 kq, Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) ümidləri doğrultmayıb.