Bu gün Azərbaycanın 5 güləşçisi yarımfinala vəsiqə qazandı

 Bu gün Azərbaycanın 5 güləşçisi yarımfinala vəsiqə qazandı

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün yarışa qoşulan Azərbaycanın 5 sərbəst güləşçisinin hamısı yarımfinala vəsiqə qazanıb.

Ceyhun Allahverdiyev (61 kiloqram), Ağanəzər Novruzov (74) kiloqram), Vasif Xudiyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) qızıl medal döyüşü üçün mübarizə aparacaq.

Xatırladaq ki, ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar.

Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc mükafat uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.

Qitə birinciliyi martın 15-də yekunlaşacaq.