Bu mövsüm Çempionlar Liqasından ən çox gəlir əldə edən klub oldu

Bu mövsüm Çempionlar Liqasından ən çox gəlir əldə edən klub oldu

Cari mövsüm UEFA Çempionlar Liqasından ən çox gəlir əldə edən klub müəyyənləşib.

"Mediasport" xəbər evrir ki, "Arsenal" bütün iştirakçıları qabaqlayıb.

20 ildən sonra finala vəsiqə qazanan İngiltərə nəhəngi hələlik 143,2 milyon avro irəli düşüb.

"Topçular"ın final rəqibi PSJ-nin qazancı 139,4 milyon avro qazanıb.

Xatırladaq ki, finalda qalib olacaq komanda büdcəsini daha 6,5 milyon avro zənginləşdirəcək.

Ümumilikdə, UEFA yarışda hər qələbəyə görə təxminən 2 milyon avro, heç-heçəyə görə 700 min avro ödəniş edir.

Bununla yanaşı, hər komanda ümumi mərhələdə tutduğu yekun mövqeyə və növbəti raunda yüksəlməsinə görə əlavə məbləğ alır.

Mikel Artetanın baş məşqçisi olduğu londonlular Liqa mərhələsində 8 oyunun hamısında qalib gəlib.