Çempionlar Liqası: "Fənərbağça" evdə "Benfika" ilə üz-üzə gələcək

Çempionlar Liqası: "Fənərbağça" evdə "Benfika" ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçisi "Fənərbağça" İstanbulda "Benfika"nı qəbul edəcək.

Qazaxıstanın "Kayrat" klubu Şotlandiyada "Seltik"in qonağı olacaq.

Xatırladaq ki, qitənin ən nüfuzlu klub turnirində pley-off raundunun oyunlarına dünən start verilib.

Yarışdakı yeganə təmsilçimiz "Qarabağ" səfərdə "Ferensvaroş"u 3:1 hesabı ilə üstələyib.

UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyunlar

23:00 "Budö Qlimt" (Norveç) - "Şturm Qrats" (Avstriya)

23:00 "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)

23:00 "Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)

23:00 "Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya)