Bu federasiyanın prezidenti qadın ola bilər - TARİXDƏ İLK DƏFƏ

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti ilk dəfə qadın ola bilər.
"Mediasport" xəbər verir ki, tarixdə ilk dəfə bu posta qadın namizəd var.
Bu, isveçrəli pilot Laura Villarsdır. 28 yaşlı sürücü bu il dekabrın 12-də keçiriləcək FIA-ya prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Laura Villars karyerası ərzində “Ultimate Cup Series F3R”, F4 BAE, “Ferrari Challenge Europe” və “Ligier European Series” yarışlarında iştirak edib.
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyasının hazırkı prezidenti Mohammad ben Sulayemdir.