Günay Qurbanovadan Avropa çempionatında gümüş medal

 Günay Qurbanovadan Avropa çempionatında gümüş medal

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycan komandası daha bir medal qazanıb.

Üçüncü yarış günündə final görüşünə çıxan Günay Qurbanova (59 kq) isveçli Karin Samuelssona 2:10 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib.

Qadınlardan digər təmsilçimiz Ruzanna Məmmədova (62 kq) da azı finala çıxmaqla gümüş medalı təmin edib.

Zəhra Kərimzadə (72 kq) isə bu gün bürünc medal uğrunda güləşəcək.