"Bursaspor" çempion olub 4 illik aradan sonra 1-ci Liqaya yüksəldi
Türkiyənin köklü klublarından "Bursaspor" 1-ci Liqaya vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, "əjdahalar" 2-ci Liqada mövsümün sona çatmasına 1 tur qalmış çempion olublar.
77 xalla bütün rəqiblərini geridə qoyan komanda 1-ci Liqaya 4 illik aradan sonra yüksəlib.
Xatırladaq ki, 2009/2010-cu illər mövsümündə Türkiyə Superliqasının qalibi olmuş Bursa klubu ölkə kubokunu və aşağı liqaların çempionluqlarını da əldə edib.
