Azərbaycan prezidenti İspaniya milli komandasını təbrik etdi

Azərbaycan prezidenti İspaniya milli komandasını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev İspaniya milli komandasını futbol üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

"Mediasport" xəbər verir ki, dövlət başçısı bu məqsədlə İspaniya Kralı VI Felipeyə təbrik məktuub ünvanlayıb.

Məktubda deyilir:

"Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram".

Xatırladaq ki, İspaniya milli komandası finalda Argentina futbolçuları üzərində 1:0 hesablı qələbə qazanıb.