"1 milyon ötürmə etdik, qapıya 500 min zərbə endirdik, amma..."

"1 milyon ötürmə etdik, qapıya 500 min zərbə endirdik, amma..."

"Həm üzülürəm, həm də əsəbləşirəm. Futbolçular üçün də pis oluram".

"Mediasport" xəbər verir ki, bu sözləri türkiyəli futbol mütəxəssisi Nihat Kahveci deyib.

Veteran oyunçu Türkiyə milli komandasının DÇ-2026-da Paraqvaya uduzmasından sonra fikirlərini bölüşüb:

"Biz də vaxtilə yığmanın formasını geyinmişik. Allah bizə nailiyyət qazanmağı da qismət etdi. Bu nəticələr futbolçularımızın gələcək karyeralarına mənfi təsir göstərəcək.

1 milyon ötürmə etdik, qapıya 500 min zərbə endirdik, amma topu tora daxil edə bilmədik. Bu, çox üzücü məqamdır.

Braziliyaya, Fransa, İspaniyaya, İngiltərəyə, Niderlanda uduzaraq mundialla vidalaşmadıq.

DÇ-yə yollanarkən xəyal qurduq. 19 iyulda başa çatması planlaşdırılan turnir bizim üçün 20 iyunda başa çatdı.

1 ay öncə... Bu, baş verməməli idi. Biri mənə yuxuda olduğumuzu desin. Oyandığımız zaman bunların yaşanmayacağını söyləsin".

Xatırladaq ki, "ay-ulduzlular" 23-cü Dünya Kubokunun qrup mərhələsinin ilk iki turunda məğlub olaraq növbəti mərhələyə yüksəlmək şansını itirib.