Azərbaycan yığması Banqladeşdə beynəlxalq turnirin qalibi oldu

 Azərbaycan yığması Banqladeşdə beynəlxalq turnirin qalibi oldu

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi Dəkkə şəhərində "FIFA Tri Nations Women"s Football Series 2025" turniri çərçivəsində ikinci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığması ilə üz-üzə gəlib.

Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sevinc Cəfərzadə və Esra Manya fərqləniblər.

Beləliklə yığmamız 6 xalla turnirin qalibi olub.

Xatırladaq ki, futbolçularımız ilk görüşdə Malayziya millini məğlub ediblər (2:0).