Çempionlar Liqasının finalı üçün namizədliklərini irəli sürdülər

Çempionlar Liqasının finalı üçün namizədliklərini irəli sürdülər

2028-ci ildə UEFA Çempionlar Liqasının finalı Münhenin “Alyans Arena” stadionunda keçirilə bilər.

"Mediasport" xəbər verir ki, bununla bağlı Münhen Şəhər Şurası namizədliklərini irəli sürüb.

Şəhər meri Dominik Krauz bildirib ki, həlledici görüşü keçirmək üçün bütün müasir imkanlar mövcuddur.

Xatırladaq ki, UEFA ev sahibi eranın adını sentyabrda keçiriləcək İcraiyyə Komitəsinin iclasında açıqlayacaq.

2026/2027-ci illər mövsümünün final matçı İspaniyanın paytaxtı Madriddə yerləşən “Metropolitano” stadionunda baş tutacaq.