Çempionlar Liqasında 2-ci tur bu axşam 9 matçla yekunlaşacaq

Çempionlar Liqasında 2-ci tur bu axşam 9 matçla yekunlaşacaq

UEFA Çempionlar Liqasında əsas mərhələnin 2-ci tur oyunları davam edir.

"Mediasport" xəbər verir ki, tura bu axşam 9 matçla yekun vurulacaq.

Azərbaycan çempionu "Qarabağ" Bakıda meydana çıxacaq. Ağdam klubunun rəqiblərindən "Atletik" Almaniyada "Borussiya"nın qonağı olacaq, "Napoli" İtaliyada "Sportinq"i sınağa çəkəcək.

Xatırladaq ki, turun 9 görüşü dünən baş tutub.


UEFA Çempionlar Liqası. Əsas mərhələ. 2-ci tur


20:45 "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka)

20:45 "Yunion" (Belçika) - "Nyukasl" (İngiltərə)

23:00 "Barselona" (İspaniya) - PSJ (Fransa)

23:00 "Monako" (Fransa) - "Mançester Siti" (İngiltərə)

23:00 "Borussiya" (Almaniya, Dortmund) - "Atletik" (İspaniya)

23:00 "Napoli" (İtaliya) - "Sportinq" (Portuqaliya)

23:00 "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

23:00 "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

23:00 "Bayer" (Almaniya) - PSV (Niderland)