Cənubi Azərbaycan klubu Çempionlar Liqasının pley-offunda!

 Cənubi Azərbaycan klubu Çempionlar Liqasının pley-offunda!

İranı Asiya Çempionlar Liqasında təmsil edən Cənubi Azərbaycanın "Traktor" klubu qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, bu, Liqa mərhələsinin 6-cı turundan sonra dəqiqləşib.

Təbrizdə Qətərin "Əl Düheyl" klubu üzərində əzmkar qələbə (2:1) qazanan "al qurdlar" vəzifənin öhdəsindən sona iki tur qalmış gəliblər.

Xorvatiyalı Draqan Skokiçin baş məşqçisi olduğu kollektiv 14 xalla 12 komanda arasında 2-cı pillədə qərarlaşıb.

"Traktor" lider "Əl Hilal"dan (Səudiyyə Ərəbistanı) 4 xal geri qalır.