"Napoli" və “Ayntraxt” "Qarabağ"ın legionerini transfer etmək istəyir
"Qarabağ"ın futbolçusu Emmanuel Addai karyerasını "Böyük beşlik" çempionatlarında davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, qanalı vingerlə İtaliya və Almaniya klubları maraqlanır.
Məlumatı “Football Insider” paylaşıb. Bildirilib ki, "Napoli" və “Ayntraxt” (Frankfurt) 24 yaşlı afrikalının transferini nəzərdə keçirir.
Xatırladaq ki, Addainin Ağdam klubu ilə anlaşması mövsümün sonunda başa çatacaq.
