"Qarabağ"ın futbolçusu karyerasını Norveç klubunda davam etdirəcək
"Qarabağ"ın yarımmüdafiəçisi Kris Kuaku karyerasını Norrveçdə davam etdirəcək.
"Mediasport" xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu "Sarpsborq"da oynayacaq.
Kuaku bu gün tibbi müayinədən uğurla keçib.
Ağdam təmsilçisi 26 yaşlı afrikalını mövsümün əvvəlində Portuqaliyanın "Mafra" klubundan transfer etmişdi.
O, "atlılar"ın heyətində 19 oyun keçirib, 1 qol vurub.
