Daha bir cüdoçumuz Avropa çempionatında medal qazandı
Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında medal qazanıb.
"Mediasport" xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan Zelim Tçkayev bürünc mükafat əldə edib.
O, üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib.
Xatırladaq ki, qitə birinciliyində daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medala sahib çıxıblar.
Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə yarışı mükafatsız başa vurublar.
