Azərbaycan millisi Yaponiyaya təlim-məşq toplanışına yollandı
Azərbaycanın gənc qızlardan ibarət cüdo üzrə millisi Yaponiyaya təlim-məşq toplanışına yollanıb.
Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Osaka şəhərində təşkil olunan hazırlıq prosesində fiziki və texniki-taktiki çalışmalar icra olunur.
Böyük məşqçi Saşa Herkenrat-Vimar və böyük performans analitik Zaur Babayevin rəhbərlik etdiyi toplanış yanvarın 30-da başa çatacaq.
