Daha bir idmançımız Gimnaziada İdman Oyunlarında çempion oldu

Azərbaycanın parabadminton komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında daha bir medal qazanıb.
"Mediasport" xəbər verir ki, bu dəfə təmsilçimiz Ayan Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, dünən Əli Məhərrəmov və Zəhra Salmanlı da qızıl mükafata sahib çıxıblar.