Daha üç taekvondoçumuz “Altay” çempionatında medal qazandı

 Daha üç taekvondoçumuz “Altay” çempionatında medal qazandı

Azərbaycanın gənc taekvondoçularından üçü Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatında medal qazanıb.

"Mediasport" xəbər verir ki, Nilufər Borci (49 kq) gümüş, Zəhra İsayev (44 kq) və Adil Kazımlı (73 kq) bürünc mükafat əldə edib.

Qeyd edək ki, gənclər və böyüklərdən ibarət millilərimiz bu turnirdən sonra - iyunun 25-27-də "Kazakhstan Open" yarışına da qatılacaqlar.

"Altay" çempionatında dünən böyüklərdən ibarət millimizin üzvlərindən Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal qazanıblar.