Parataekvondoçularımız Roma Qran prisində 2 medal qazandılar

  Parataekvondoçularımız Roma Qran prisində 2 medal qazandılar

Parataekvondo üzrə Azərbaycan millisinin üzvləri İtaliyada keçirilən Roma Qran prisində iştirak ediblər.

"Mediasport" xəbər verir ki, Sabir Zeynalov (58 kq) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq qızıl medal qazanıb.

İmaməddin Xəlilov isə ən reytinqli parataekvondoçuların mübarizə apardığı turnirdə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Parataekvondoçularımızı yarışa baş məşqçi Fərid Tağızadə çıxarıb.