Baş katib və komandanın həkimi ərizə yazıb federasiyadan getdilər

Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılıb.
"Mediasport" xəbər verir ki, bu barədə "qafqazinfo” məlumat əldə edib.
Federasiyadan sayta məlumatı təsdiq ediblər.
Baş katiblə yanaşı, komandanın həkimi Ruslan Şərifov da komandadan gedib. O da öz xahişi ilə işindən ayrılıb.
Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə federasiyadan getdiyi bildirilir. Federasiya isə bu məlumatı təkzib edib.
Rüstəm Bağırlı iki il öncə Azərbaycan Taekvondo Federasiyasının baş katibi təyin edilmişdi.