İngiltərə millisi geridönüş edərək DÇ-də 1/8 finala vəsiqə qazandı
Futbol üzrə 23-cü dünya çempionatında daha bir milli komanda 1/8 finala yüksəlib.
"Mediasport" xəbər verir ki, İngiltərə yığması Konqo Demokratik Respublikasını geridönüşlə məğlub edərək mübarizədən kənarlaşdırıb (2:1).
Xatırladaq ki, daha əvvəl mundialda Meksika, Norveç, Kanada, Braziliya, Paraqvay, Mərakeş, Fransa milliləri 1/8 finala adlayıblar.
Tarixdə ilk dəfə üç ölkə - ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən yarış iyulun 19-dək davam edəcək.


