DÇ-2026-ya lisenziya qazanan ölkələrin sayı 42-yə çatdı - SİYAHI

DÇ-2026-ya lisenziya qazanan ölkələrin sayı 42-yə çatdı - SİYAHI

Daha bir neçə milli komanda 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, son olaraq Kurasao, Panama və Haiti ilk dəfə 3 ölkənin təşkilatçılığı və 48 yığmanın iştirakı ilə keçiriləcək mundialın əsas mərhələsində oynamaq hüququ əldə edib.

Ümumilikdə 42 ölkənin adı rəsmiləşib.

Meydan sahibləri (Meksika, ABŞ, Kanada) ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsinə yüksəlib.

Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.