Dünya çempionatına yollanacaq daha bir milli komanda məlum oldu

Dünya çempionatına yollanacaq daha bir milli komanda məlum oldu

2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində çıxış edəcək daha bir yığmanın adına aydınlıq gəlib.

"Mediasport" xəbər verir ki, 11-ci milli Avstraliya seçməsi olub.

Qeyd edək ki, daha əvvəl Asiyadan Cənubi Koreya, İran, Yaponiya və debütantlar İordaniya ilə Özbəkistan yığmaları da mundiala yüksəliblər.

Təşkilatçı ölkələrlə bərabər Cənubi Amerikadan son dünya çempionu Argentina, Okeaniyadan isə Yeni Zelandiya DÇ-2026-nın final mərhələsində iştirak edəcək.

DÇ tarixdə ilk dəfə 48 millinin iştirakı ilə baş tutacaq.