Emin Cəfərov "Srvena Zvezda" - "Jilina" matçına təyinat aldı

 Emin Cəfərov "Srvena Zvezda" - "Jilina" matçına təyinat aldı

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turunda noyabrın 26-da keçiriləcək "Srvena Zvezda" (Serbiya) - "Jilina" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Belqraddakı "Rayko Mitiç" stadionunda təşkil olunacaq.