Azərbaycandan ayrılan vinger Meksika klubu ilə müqavilə bağladı

Qış fasiləsində “Sumqayıt”ı tərk edən Xordan Rezabalanın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, ekvadorlu futbolçu Meksika çempionatında oynayacaq.
25 yaşlı vinger 2-ci Liqa təmsilçisi "Dorados"a transfer edilib. Rezabala "6 ay+1il" prinsipli anlaşmaya qol çəkib.
Xatırladaq ki, yarımmüdafiəçi 2024-cü ilin əvvəlində keçdiyi "Sumqayıt"ın heyətində 27 oyuna 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qaldı.