Elçin Məsiyev KL-in pley-offunda dramatik matçı necə idarə etdi?
Azərbaycanın FİFA hakimi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsində iş başında olub.
"Mediasport" xəbər verir ki, referinin başçılığı ilə həmyerlilərimizdən ibarət briqada Avstriyada "Rapid" və "Harts" (Şotlandiya) klublarının cavab qarşılaşmasını idarə ediblər.
İlk dueldə olduğu kimi, görüş bu dəfə də dramatik alınıb.
Vyana şəhərindəki “Vestştadion”da keçirilən matç əlavə 30 dəqiqədən sonra 2:2 hesabı ilə yekunlaşıb və qalib penaltilər seriyasında müəyyənləşib.
Penaltilərdə daha dəqiq oynayan şotlandlar adlarını Liqa mərhələsinə yazdırıblar.
Elçin Məsiyev 74-cü dəqiqədə britaniyalılardan Tomas Bent Maqnussonu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, referinin yan xətlərdə köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olubla. Dördüncü hakim kimi Fərid Hacıyev işləyib.
AVAR-da isə Nicat İsmayıllı əyləşib.


